Polşa millisinin sabiq futbolçusu: "Mahir Emrelinin özünəinamı azalıb"

2-11-2021, 07:56           
Polşa millisinin sabiq futbolçusu:
"Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb".

"Report"un məlumatına görə, bunları Polşa millisinin və "Legiya"nın sabiq futbolçusu Marek Yujvyak Varşava təmsilçisinin heyətində 6 oyundur qol vura bilməyən Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə "Super Express" nəşrinə müsahibəsində deyib.

Veteran müdafiəçi bildirib ki, bəzi epizodları gözübağlı qola çevirmək lazımdır: "Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. "Legiya" dərin çuxura düşüb. Bundan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız".

Qeyd edək ki, Marek Yujvyak 1987 - 1996 və 2001 - 2005-ci illərdə "Legiya"nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru