Boksçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazanıb

2-11-2021, 08:16           
Boksçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazanıb
Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının səkkizdəbir final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.

Təmsilçimiz Məsud Yusifzadə (51 kq) monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra səkkizdəbir finalda puerto-rikolu Yankiel Riveraya da qalib gəlib. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.

Komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru