Messi DÇ-2022-dən sonra karyerasını bitirəcəyi ilə bağlı sualı cavablandırıb

2-11-2021, 08:47           
Messi DÇ-2022-dən sonra karyerasını bitirəcəyi ilə bağlı sualı cavablandırıb
Fransanın “PSJ” klubunun hücumçusu Lionel Messi Qətərdə keçiriləcək DÇ-2022-dən sonra karyerasını bitirəcəyi ilə bağlı sualı cavablandırıb.

Trend-in məlumatına görə, bu barədə Diario Sport xəbər verib.

L.Messi bildirib ki, o bu barədə fikirləşmir: "Başıma gələn hər şeydən sonra gündən-günə, ildən-ilə irəli addımlayıram. Dünya çempionatında və ondan sonra nə olacağını bilmirəm".

Qeyd edək ki, Avqustun 10-da "PSJ" komandası Lionel Messi ilə müqavilə imzaladığını rəsmən elan edib. Müqavilə 2023-cü ilə qədər qüvvədədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru