Ronaldu ardıcıl 2-ci dəfə ən yaxşı futbolçu seçilib

3-11-2021, 07:13           
Ronaldu ardıcıl 2-ci dəfə ən yaxşı futbolçu seçilib
İngiltərənin "Mançester Yunayted" klubunda oktyabrın ən yaxşı futbolçusu açıqlanıb.

Cebhe.info xəbər verir ki, "qırmızı şeytanlar"ın hücumçusu Kriştianu Ronaldu ardıcıl 2-ci dəfə bu ada layiq görülüb.

Azarkeşlər arasında soruğunun nəticələrinə əsasən, portuqaliyalı forvard 57 faiz səslə 1-ci olub. Onu 14 faizlik göstərici ilə qapıçı David De Xea və 13 faiz səslə hücumçu Markus Reşford izləyib.

Ronaldu "Mançester Yunayted"in heyətində oktyabrda keçirdiyi matçlarda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 36 yaşlı futbolçu sentyabrdakı səsvermədə də bütün komanda yoldaşlarını qabaqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru