ÇL: “Bavariya” və “Yuventus” maksimum nəticə ilə pley-offda – YENİLƏNİB+VİDEO

3-11-2021, 08:12           
ÇL: “Bavariya” və “Yuventus” maksimum nəticə ilə pley-offda – YENİLƏNİB+VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turda ilk oyun günü başa çatıb.

Oxu.Az xəbər verir ki, günün ikinci hissəsində baş tutmuş 6 oyundan sonra pley-offa yüksəlməyi təmin etmiş iki komandanın adına aydınlıq gəlib.

E qrupunda “Bavariya” “Benfika”ya qalib gəlib. Bu qələbə ilə 4 oyundan sonra maksimum – 12 xal toplayan Münhen təmsilçisi sona iki tur qalmış qrupdan çıxmağı təmin edib.

Qrupun digər matçında “Barselona” Kiyev “Dinamo”sunu çətinliklə məğlub edib.

Pley-offa vaxtından əvvəl yüksələn digər komanda isə “Yuventus”dur. H qrupunda mübarizə aparan Turin təmsilçisi evdə Rusiya “Zenit”i üzərində qələbə qazanaraq, maksimum nəticə ilə adını növbəti mərhələyə yazdırıb.

Gecənin maraqlı görüşlərindən biri F qrupunda baş tutub. “Mançester Yunayted” İtaliyada “Atalanta” ilə heç-heçəyə razılaşıb.


00:01

Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

İlk oyun günündə əvvəlcə iki oyun keçirilib.

G qrupunda “Zaltsburq” səfərdə “Volfsburq”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.


H qrupunda isə İngiltərənin “Çelsi” komandası İsveçdə “Malmö”nü minimal hesabla üstələyib. Yeganə qolu 56-cı dəqiqədə Hakim Ziyeş vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru