Çempionlar Liqası: 2 klub üçün pley-off şansı

3-11-2021, 10:45           
Çempionlar Liqası:
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, ikinci oyun günündə daha 8 qarşılaşma keçiriləcək.

A qrupunda "Mançester Siti" İngiltərədə Belçika "Brügge"sini, "Leyptsiq" isə Almaniyada Fransa PSJ-sini sınağa çəkəcək.

B qrupunda günün ilk matçı İtaliyada "Milan" və Portuqaliyanın "Portu" klubları arasında olacaq. Digər görüşdə İngiltərə "Liverpul"u evdə İspaniyanın "Atletiko" (Madrid) komandası üzərində qələbə qazanacağı halda vaxtından əvvəl pley-offa vəsiqəni təmin edəcəklər.

C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi "Beşiktaş" Portuqaliyada "Sportinq"in qonağı olacaq. İstanbul klubu bu oyunda uduzsa, qrupdan çıxmaq şanslarını itirəcək. Qrupun digər matçında Almaniyanın "Borussiya" (Dortmund) klubu Niderland "Ayaks"ını qəbul edəcək. Qonaqlar qalib gələcəyi təqdirdə növbəti mərhələyə adlayacaqlar.

D qrupunda İspaniya "Real Madrid"i evdə Ukraynanın "Şaxtyor" (Donetsk), Moldova "Şerif"i isə İtaliyanın "İnter" komandası ilə üz-üzə gələcək.

"Milan" - "Portu" və "Real Madrid" - "Şaxtyor" qarşılaşmaları saat 21:45-də başlayacaq. Digər 4 qarşılaşmanın start fiti isə saat 00:00-da çalınacaq.

Xatırladaq ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.