"Mançester Yunaytedi" yenə də Ronaldo ayaqda saxladı
3-11-2021, 11:46
UEFA Çempionlar Liqasının F qrupunun 4- cü oyununda "Mançester Yunayed" "Atalanta" ilə qarşılaşıb.
Metbuat.az xəbər verir ki, ev sahibi olan "Atalanta" 12 və 56-cı dəqiqələrdə rəqib komandanın qapısından qol keçirə bilib. "Mançester Yunayed"i isə məğlubiyyətdən qurtaran klubun ulduz futbolçusu Kriştianu Ronaldo olub. Təcrübəli futbolçu 45+1 və 90+1-ci dəqiqələrdə qol vurub. Beləliklə, matç bərabərə bitib.