Dibala Mişel Platinini geridə qoydu

3-11-2021, 11:29           
Dibala Mişel Platinini geridə qoydu
Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Zenit” üzərində 4:2 hesablı qələbə qazanan “Yuventus” 1/8 finala vəsiqəni təmin edib.

Redaktor.az xəbər verir ki , Turindəki qarşılaşma “qoca sinyora”nın hücumçusu Paulo Dibala üçün əlamətdar olub.

Matçda dubla imza atan argentinalı hücumçu “Yuventus”nun sabiq futbolçusu Mişel Platinini geridə qoyub. Bununla qollarının sayını 106-ya çatdıran Dibala əfsanəvi fransalını qabaqlayıb. Platininin aktivində İtaliya klubunun heyətində 104 qolu var.

Qeyd edək ki, H qrupunda yer alan “Yuventus” ilk 4 turda 12 xal qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru