Konfrans Liqası: "Bazel" və "Roma"dan heç-heçə, "Tottenhem" qələbə qazanıb

5-11-2021, 07:37           
Konfrans Liqası: "Bazel" və "Roma"dan heç-heçə, "Tottenhem" qələbə qazanıb
UEFA Konfrans Liqasının qrup mərhələsində daha 6 oyun keçirilib.

"Report"un məlumatına görə, bununla da IV tura yekun vurulub.

Turnirin iddialı komandalarından "Roma" İtaliyada Norveçin "Budyo Qlimt" komandasını qəbul edib. Ötən tur səfərdə 1:6 hesabı ilə uduzan "canavarlar" evdə də rəqibi ilə bacarmayıb - 2:2.

İngiltərə "Tottenhem"i isə doğma meydanda Niderlandın "Vitess" klubu üzərində çətin qələbə qazanıb - 3:2.

23:39
UEFA Konfrans Liqasının qrup mərhələsində IV tura start verilib.

"Report"un məlumatına görə, 16 qarşılaşmadan 10-u artıq başa çatıb.

"Qarabağ"ın yer aldığı H qrupunda İsveçrə "Bazel"i Kiprdə "Omoniya" ilə heç-heçə edib - 1:1. Bununla da Ağdam təmsilçisinin pley-offa adlaması dəqiqləşib. Görüşdə hesabı meydan sahibləri açıblar. 17-ci dəqiqədə Andronikos Kakoulli fərqlənib. 57-ci dəqiqədə isə Liam Millar tarazlığı bərpa edib.

B qrupunda mübarizə aparan Belçika "Gent"i isə bu turda 1/8 finala birbaşa vəsiqəni rəsmiləşdirə bilərdi. Bunun üçün komanda evdə Serbiya "Partiza"nını məğlub etməli idi. Lakin rəqibi ilə heç-heçəyə razılaşan meydan sahibləri şansını növbəti tura saxlayıb.

4 noyabr

UEFA Konfrans Liqası, qrup mərhələsi

IV tur

A qrupu

21:45. "Makkabi" (Təl-Əviv, İsrail) - HİK (Finlandiya) - 3:0

21:45. LASK (Avstriya) - "Alaşkert" (Ermənistan) - 2:0

Xal durumu: "Makkabi" - 10, LASK - 10, HİK - 3, "Alaşkert" - 0.

B qrupu

19:30. "Flora" (Estoniya) - "Anortosis" (Kipr) - 2:2

21:45. "Gent" (Belçika) - "Partizan" (Serbiya) - 1:1

Xal durumu: "Gent" - 10, "Partizan" - 7, "Flora" - 2, "Anortosis" - 2.

C qrupu

21:45. "Zarya" (Luqansk, Ukrayna) - "MOİK-Sofiya" (Bolqarıstan) 2:0

00:00. "Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 2:2

Xal durumu: "Budyo Qlimt" - 8, "Roma" - 7, "Zarya" - 6, "MOİK-Sofiya" - 1.

D qrupu

21:45. AZ (Niderland) - ÇFR (Kluj, Rumıniya) - 2:0

21:45. "Randers" (Danimarka) - "Yablonets" (Çexiya) - 2:2

Xal durumu: AZ - 10,"Yablonets" - 5, "Randers" - 4, ÇFR - 1.

E qrupu

00:00. "Union Berlin" (Almaniya) - "Feyenoord" (Niderland) - 1:2

00:00. "Slaviya" (Praqa, Çexiya) - "Makkabi" (Hayfa, İsrail) - 1:0

Xal durumu: "Feyenoord" - 10, "Slaviya" - 6, "Makkabi" - 4, "Union Berlin" - 3.

F qrupu

21:45. "Linkoln" (Cəbəllütariq) - "Slovan" (Bratislava, Slovakiya) - 1:4

00:00. PAOK (Yunanıstan) - "Kopenhagen" (Danimarka) - 1:2

Xal durumu: "Kopenhagen" - 9, "Slovan" - 7, PAOK - 7, "Linkoln" - 0.

G qrupu

00:00. "Tottenhem" (İngiltərə) - "Vitess" (Niderland) - 3:2

00:00. "Renn" (Fransa) - "Mura" (Sloveniya) - 1:0

Xal durumu: "Renn" - 10, "Tottenhem" - 7, "Vitess" - 6, "Mura" - 0.

H qrupu

19:30. "Kayrat" (Qazaxıstan) - "Qarabağ" (AZƏRBAYCAN) - 1:2

21:45. "Omoniya" (Kipr) - "Bazel" (İsveçrə) - 1:1

Xal durumu: "Qarabağ" - 10, "Bazel" - 8, "Omoniya" - 2, "Kayrat" - 1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru