UEFA reytinqi: Azərbaycan Polşa və Macarıstandan uzaqlaşıb

5-11-2021, 07:44           
UEFA reytinqi: Azərbaycan Polşa və Macarıstandan uzaqlaşıb
Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

"Report"un məlumatına görə, "Qarabağ"ın Konfrans Liqasında Qazaxıstan "Kayrat"ı üzərində 2:1 hesablı səfər qələbəsi ölkənin aktivinə daha 0,500 xal yazdırsa da, bu hər hansı irəliləyişə səbəb olmayıb.

Əvəzində hazırda 16,500 xalla 26-cı sırada qərarlaşan Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstandan uzaqlaşıb. Buna Polşa "Legiya"sının Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə İtaliya "Napoli"sinə 1:4, Macarıstan "Ferentsvaroş"unun isə Şotlandiya "Seltik"inə 2:3 hesabı ilə uduzması səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru