Messi daha bir oyun buraxacaq

6-11-2021, 07:40           
Messi daha bir oyun buraxacaq
PSJ-nin futbolçusu Lionel Messi zədə səbəbindən Fransa çempionatının 13-cü turunda "Bordo" ilə matça da çıxa bilməyəcək.

Argentinalı hücumçu bud nahiyəsindəki narahatlıq səbəbindən müalicəsini davam etdirir.

Qeyd edək ki, PSJ - "Bordo" görüşü noyabrın 6-ı keçiriləcək.

Xatırladaq ki, Messi zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Leyptsiq"lə görüşü (2:2) buraxıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.