Rusiyada azarkeş futbolçuya atəş açıb

7-11-2021, 12:39           
Rusiyada azarkeş futbolçuya atəş açıb
Rusiyanın Krasnoyarsk şəhərindəki futbol turniri zamanı 17 yaşlı oyunçuya silahla atəş açılıb.

Cebhe.info Report-a istinadən xəbər verir ki, hadisə noyabrın 6-da “İzümrüd” idman kompleksində baş verib.

Qarşılaşma vaxtı futbolçuların atalarından biri rəqib komandaya qışqırmağa başlayıb.

Gənc oyunçu isə tənqidlərə reaksiya verərək 43 yaşlı azarkeşə yaxınlaşıb. Onların aralarında münaqişə yaranıb və idmançı travmatik tapança ilə çiynindən vurulub.

Yaralanan şəxs xəstəxanaya aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru