Hakan Çalhanoğlu təhqir olundu – FOTO/VİDEO

9-11-2021, 07:53           
Hakan Çalhanoğlu təhqir olundu – FOTO/VİDEO
“Milan”ın fanatları “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu təhqir ediblər.

Onlar futbolçunun ünvanına nalayiq sözlərin yazıldığı bannerlər hazırlayıblar.

Bannerlərin üzərində “Kişilik 10-cu dəqiqədə penalti vurmaq deyil, başında buynuz çıxaran həyat yoldaşınla birlikdə qalmaqdır”, “Nəcis insan” kimi ifadələr yazılıb.

Qeyd edək ki, bazar günü baş tutmuş “Milan”-“İnter” matçının 10-cu dəqiqəsində Çalhanoğlu keçmiş klubunun qapısına qol vurub və əllərini qulaqlarına qoyaraq “Milan”lı tərəfdarların olduğu tribunalara boylanıb.

Onu da bildirək ki, futbolçu 2018-ci ildə həyat yoldaşından ayrılıb. Lakin müəyyən müddət sonra cütlük yenidən bir araya gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru