DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə son oyununu keçirəcək

11-11-2021, 08:38           
DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə son oyununu keçirəcək
Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci dünya çempionatının seçmə mərhələsində son oyununu keçirəcək.

"Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 8-ci sınağında Lüksemburq yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruber olacaq.

Qrupdakı son oyun öncəsi Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 6 xalla 3-cüdür. Hər iki yığma pley-off şanslarını itirdiyindən, görüş formal xarakter daşıyır. Matç yalnız xal ehtiyatını artırmaq baxımından önəmli ola bilər.

İndiyədək Azərbaycan və Lüksemburq yığmaları 6 dəfə üz-üzə gəlib. Yoldaşlıq görüşündə 2:1 hesabı ilə qalib gələn Azərbaycan millisi rəsmi matçların heç birindən qələbə ilə ayrıla bilməyib. Həmin qarşılaşmalardan 2-də Lüksemburq üstün olub, 3-ü isə heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olacaq.

DÇ-2022-nin seçmə mərhələsi

A qrupu

IX tur

21:00. Azərbaycan - Lüksemburq

Hakimlər: Manuel Şüttenqruber, Roland Brandner, Robert Ştaynaxer, Yulian Vaynberger (hamısı Avstriya)

Bakı Olimpiya Stadionu.

Xal durumu: Serbiya - 17 (7 oyuna), Portuqaliya - 16 (6), Lüksemburq - 6 (6), İrlandiya - 5 (6), Azərbaycan - 1 (7).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru