“Legiya” daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyir – Adı açıqlandı

11-11-2021, 19:46           
“Legiya” daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyir – Adı açıqlandı
“Legiya”nın xidmətində maraqlı olduğu daha bir azərbaycanlı futbolçunun kimliyi bilinib.

Teref.az-ın məlumatına görə, yayda Mahir Emreli ilə 3+1 illik müqavilə imzalayan Polşa klubu bu dəfə Qara Qarayevi gündəminə gəlib.

Varşava təmsilçisi menecerlər vasitəsilə millinin və “Qarabağ”ın yarımmüdafiəçisinin şərtləri ilə maraqlanıb.

Emreli də keçmiş komanda yoldaşının intizamı və xasiyyəti barədə “Legiya” rəhbərliyinə müsbət fikirlər söyləyib.

Mənbə: Sportinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru