Azərbaycan millisi evdə Lüksemburqa 1:3 hesabı ilə uduzdu - YENİLƏNİB

11-11-2021, 23:13           
Azərbaycan millisi evdə Lüksemburqa 1:3 hesabı ilə uduzdu - YENİLƏNİB
90+1-də qonaqlar qapımıza 3-cü qolu vurub. Belə ki, Jerson Rodrigeş dubl edib.

***

Matçın 81-ci dəqiqəsində Azər Salahlı hesab arasındakı fərqi azaldıb.

***

Qarşılaşmanın 77-ci dəqiqəsində qonaqlar 2-ci qolu qapımıza vurub.

***

Oyunda hesab açıldı. Qonaqlar matçın 67-ci dəqiqəsində Jerson Rodrigeşin qolu ilə önə keçdi.

***

Millimizin futbolçusu Tellur Mütəllimov meydandan qovulub.

Müdafiəçi qonaqların yarımmüdafiəçisi Olivye Tillə qarşı kobud oynadığı üçün birbaşa qırmızı vərəqə alıb.

***

Futbol üzrə Azərbaycan millisi bu gün DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirir.

Bizim.Media xəbər verir ki, A qrupunda mübarizə aparan millimiz Lüksemburq yığmasını qəbul edir.

Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. Görüşün baş hakimi avstriyalı Manuel Şüttenqruberdir.

Qrupdakı son oyun öncəsi Azərbaycan millisi 1 xalla sonuncu, Lüksemburq isə 6 xalla 3-cüdür.

Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya millisi İrlandiyanın qonağı olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru