Vüsal Kamallı dünya çempionu oldu

12-11-2021, 10:35           
Vüsal Kamallı dünya çempionu oldu
Gənc idmançımız Vüsal Kamallı dünya çempionu oldu.

Yenicag.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində dünya Şotokan Federasiyanının təşkil etdiyi 11-ci dünya çempionatı keçirilib.

İstanbul şəhərində reallaşan yarışda qardaş Türkiyəni təmsil edən soydaşımız Vüsal Kamallı birinci yeri qazanaraq dünya çempionu olub.

Çempionatda milli komandamızın üzvləri də iştirak ediblər. Böyüklərdən ibarət seçməmizin üzvləri mundialda 9 medal qazanıblar.

Vüsal Kamallı qazandığı medalı Zəfər gününə, həmçinin şəhid və qazilərimizə həsr edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru