Ulduz futbolçu bütün sərvətini xəyanət etdiyi arvadının adına keçirdi

12-11-2021, 10:26           
Ulduz futbolçu bütün sərvətini xəyanət etdiyi arvadının adına keçirdi
PSJ-nin ulduz futbolçusu Mauro İkardi bütün sərvətini arvadı Vanda Naranın adına keçirib.

“Qafqazinfo” “TyC Sports”a istinadən xəbər verir ki, 28 yaşlı argentinalının sərvəti 2050-ci ilə qədər arvadının adına olacaq.

Bildirilib ki, ulduz futbolçunun sahib olduğu bütün əmlakı ilə yanaşı, hazırkı və gələcəkdəki bütün müqavilələrin haqları da Vandaya çatacaq.

Qeyd edək ki, Vanda Nara ilə Mauro İkardinin arası keçən günlərdə pozulmuşdu. Belə ki, futbolçunun arvadına xəyanət etdiyi üzə çıxmışdı. Onların ayrılacağı gözlənilsə də, barışaraq, yollarına davam ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru