Eduard Məmmədovun tələbəsi Avropa çempionu oldu

14-11-2021, 00:03           
Eduard Məmmədovun tələbəsi Avropa çempionu oldu
Bu gün Monteneqronun Budva şəhərində keçirilən yeniyetmə və gənc kikboksçular arasında Avropa çempionatında Amin Quliyev qızıl medal qazanıb.

Oxu.Az-ın xəbərinə görə, “Ağ canavar” ləqəbli yeniyetmə idmançımız 57 kq çəki dərəcəsində (low kick) Rusiya, Yunanıstan, Turkiyə və Bolqarıstandan olan rəqibləri üzərində qələbə qazanaraq ikinci dəfə Avropa çempionu olub.

Qeyd edək ki, Amin Quliyev məşhur kikboksçumuz Eduard Məmmədovun tələbəsidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.