Avropa çempionatı: Kişi və qadın şahmat millimiz ikinci turu da itkisiz keçdi

14-11-2021, 08:34           
Avropa çempionatı: Kişi və qadın şahmat millimiz ikinci turu da itkisiz keçdi
Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə Avropa çempinonatında ikinci turun görüşləri keçirilib.

İlk turu qələbə ilə başa vuran Azərbaycan qadın və kişilərdən ibarət milli komandaları bu dəfə daha güclü rəqiblərlə üz-üzə gəliblər.

Kişilərdən ibarət komanda Serbiya ilə qarşılaşıb və 3:1 hesablı qələbə qazanıb. Şəhriyar Məmmədyarov ilk, Nicat Abbasov sonuncu lövhədə rəqiblərindən üstün olubsa, Teymur Rəcəbovla Qədir Hüseynov heç-heçə ilə kifayətlənib.

Qadın yığması isə İsveçdən üstün olub - 4:0. Günay Məmmədzadə, Xanım Balacayeva və Ülviyyə Fətəliyevanın ardından son olaraq, Gülnar Məmmədova da görüşünü qələbə ilə başa vurub.

Avropa çempionatı, II tur
Kişilər
Serbiya - Azərbaycan - 1:3

Aleksandr İndiç - Şəhriyar Məmmədyarov - 0:1
İvan İvaniseviç - Teymur Rəcəbov - 0,5:0,5
Robert Markus - Qədir Hüseynov - 0,5:0,5
Miloş Perunoviç - Nicat Abbasov - 0:1

Qadınlar
İsveç - Azərbaycan - 0:4

Pia Kramlinq - Günay Məmmədzadə - 0:1
İnna Agrest - Gülnar Məmmədova - 0:1
Elena Andriç - Xanım Balacayeva - 0:1
Marqarita Zaritovskaya - Ülviyyə Fətəliyeva - 0:1

Qeyd edək ki, ilk turda kişilər İtaliyanı, qadınlar Türkiyəni məğlub edib - 4:0.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.