PSJ-dən Messi ilə bağlı ŞƏRT – 20 dəqiqə…

15-11-2021, 00:00           
PSJ-dən Messi ilə bağlı ŞƏRT –
PSJ rəhbərliyi Argentina millisinə Lionel Messinin yığmada oynama müddəti ilə bağlı ultimatum verib.

Bizim.Media xəbər verir ki, bu barədə "Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, PSJ Lioneli milliyə yalnız futbolçu üçün oyun müddətinə limit qoymaq şərti ilə buraxmağa razılaşıb.

Klub və federasiya arasında şifahi razılaşmaya əsasən, 34 yaşlı oyunçu meydanda 20 dəqiqədən çox ola bilməz. Belə ki, DÇ-2022-nin seçmə mərhələsində Uruqvay millisi ilə görüşdə (1:0) Messi matçın 76-cı dəqiqəsində meydana çıxıb.

Qeyd edək ki, Messi zədə səbəbindən PSJ-nin son iki oyununu buraxmışdı.

Xatırladaq ki, Argentina növbəti oyununu noyabrın 17-i Braziliyaya qarşı keçirəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru