Azərbaycan - Qətər matçında bərabərlik - YENİLƏNİR

14-11-2021, 22:13           
Azərbaycan - Qətər matçında bərabərlik - YENİLƏNİR
Millimiz hesabı bərabərləşdirir. Emin Mahmudov 37-ci dəqiqədə cavab qolunu vurur.

*** 21:24

Azərbaycan - Qətər yoldaşlıq matçının 23-cü dəqiqəsində qonaqlar hesabda önə keçib - 0:1.

*** 21:00

Futbol üzrə Azərbaycan və Qətər yığmaları arasında yoldaşlıq görüşü başlayıb.

*** 09:00

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Bizim.Media xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq.

Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.

İki kollektiv indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. Tərəflər hərəyə 1 dəfə qalib gəliblər (2:1), bir dəfə isə 1:1 hesablı bərabərlik qeydə alınıb.

Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru