Serbiya və İspaniya DÇ-2022-də, Portuqaliya ilə İsveç pley-offa vəsiqə qazanıb - YENİLƏNİB

15-11-2021, 08:40           
Serbiya və İspaniya DÇ-2022-də, Portuqaliya ilə İsveç pley-offa vəsiqə qazanıb - YENİLƏNİB
Futbol üzrə 2022-ci il dünya çempionatının seçmə mərhələsində axırıncı turun ilk oyun gününə yekun vurulub.

Son tur olaraq, A və B qruplarında 4 görüş keçirilib. Qarşılaşmaların yekununda Serbiya və İspaniya yığmaları qrup qalibləri kimi Qətərdə təşkil olunacaq dünya çempionatına birbaşa vəsiqə qazanıb.

A qrupunda Portuqaliya Serbiya ilə ev oyununda hesabı erkən qolla açsa da, sonda məğlubiyyətlə üzləşib. Əzmkar hesabla qalib gələn, Serbiya millisi xalını 21-ə çatdıraraq, 1-ci yeri tutub.

Qrupun digər görüşündə İrlandiya səfərdə Lüksemburqa 3:0 hesabı ilə qalib gələrək, "cırtdanlar"la eyni miqdarda - 9 xal toplayıb və vurulan-buraxılan topların fərqində daha yaxşı göstəriciyə malik olduğu üçün 3-cü pilləyə yüksəlib.

B qrupunda isə İspaniya Serbiyanı minimal hesabla yenib və xalını 19-a çatdıraraq, skandinaviyalılardan 4 xal aralanıb. Qrupun digər oyununda Yunanıstan evdə Kosovo ilə 1:1 hesablı heç-heçə edərək, 10 xalla 3-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa və Xorvatiya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb.

A qrupu

Lüksemburq - İrlandiya - 0:3

Qollar: Şeyn Daffi, 67. Çidozi Oqbene, 75. Kallum Robinson, 88


Portuqaliya - Serbiya - 1:2

Qollar: Renatu Sançiş, 2 - Duşan Tadiç, 33. Aleksandar Mitroviç, 90


Xal durumu: Serbiya - 20, Portuqaliya - 17, İrlandiya - 9, Lüksemburq - 9, Azərbaycan - 1

B qrupu

Yunanıstan - Kosovo - 1:1

Qollar: Yorqos Masuras, 44 - Amir Rrahmani, 76

İspaniya - İsveç - 1:0

Qol: Alvaro Morata, 86


Xal durumu: İspaniya - 19, İsveç - 15, Yunanıstan - 10, Gürcüstan - 7, Kosovo - 5

23:26

2022-ci il dünya çempionatının seçmə mərhələsində daha bir qrup üzrə mübarizəyə yekun vurulub.

J qrupundakı qarşılaşmaların yekununda pley-offa vəsiqənin sahibinə də aydınlıq gəlib. Şimali Makedoniya yığması İslandiya üzərində 3:1 hesablı qələbə sayəsində 18 xalla qrupda 2-ci yeri tutub.

Rumıniya səfərdə Lixtenşteyni 2:0 hesabı ilə yenərək, 17 xalla 3-cü, öz meydanında Almaniyaya 1:4 hesabı ilə uduzan Ermənistan isə 12 xalla 4-cü yeri tutub.

Qeyd edək ki, daha əvvəl Almaniya millisi qrup qalibi kimi DÇ-2022-yə birbaşa vəsiqəyə yiyələnib.

DÇ-2022, seçmə mərhələ
X tur
14 noyabr

J qrupu

Lixtenşteyn - Rumıniya - 0:2

Qollar: Dennis Man, 8. Nikusor Banku, 87


Şimali Makedoniya - İslandiya - 3:1

Qollar: Ezcan Alioski, 7. Elif Elmas, 65; 86 - Youn Daqur Torsteynsson, 54

Qırmızı vərəqə: İsak Berqmann Yohanesson, 79 (İslandiya)


Ermənistan - Almaniya - 1:4

Qollar: Henrix Mxitaryan, 59 (pen.) - Kay Haverts, 18, İlkay Gündoğan, 45+4 (pen.); 50. Yonas Hofmann, 64


Xal durumu: Almaniya - 27, Şimali Makedoniya - 18, Rumıniya - 17, Ermənistan - 12, İslandiya - 9, Lixtenşteyn - 1.

20:08

Qətərdə keçiriləcək futbol üzrə Dünya çempionatının seçmə mərhləsinin sonuncu turu çərçivəsində H qrupunda keçirilən qarşılaşmalar artıq başa çatıb.

Liderlərin mübarizəsində Xorvatiya öz meydanında Rusiyaya minimal hesabla qalib gəlib – 1:0. Oyunun 81-ci dəqiqəsində qonaqların futbolçusu Kudryaşov avtoqola imza atmaqla komandasının Dünya çempionatındakı iştirak arzularını sual altında qoyub. Bu nəticədən sonra xorvatlar qrup lideri kimi DÇ-yə qatılmaq hüququ əldə ediblər. Ruslar isə turnirə qatılmaq üçün play-off-da yarışacaqlar.

Slovakiya səfərdə autsayder Maltanı 6 cavabsız qolla darmadağın edərək qrupda mübarizəni üçüncü pillədə başa vurub 6:0.

Sloveniya isə digər autsayder Kiprdən üstün olsa da (2:1) yalnız dördüncü yeri tuta bilib.

DÇ-2022

X TUR

H qrupu

Xorvatiya - Rusiya 1:0


Malta - Slovakiya 0:6


Sloveniya - Kipr 2:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru