“Formula 1”: Lüis Hemilton Braziliyada 10-cu mövqedən başlayaraq birinci gəldi

15-11-2021, 08:48           
“Formula 1”: Lüis Hemilton Braziliyada 10-cu mövqedən başlayaraq birinci gəldi
Braziliyada “Formula 1” üzrə San-Paulu Qran-prisi keçirilib.

71 dövrəlik mübarizənin yekununda qalib adını "Mercedes" pilotu Lüis Hemilton qazanıb. Britaniyalı sürücü yürüşə 10-cu mövqedən başlasa da, tezliklə 2-ci, finişə doğru isə "Red Bull" pilotu Maks Ferstappeni keçərək, 1-ci yerə çıxıb. "3-lüy"ü onun komanda yoldaşı Valtteri Bottas qapayıb.

Finişin ardından Hemilton boksa gələrkən Braziliya bayrağını götürməkdən ötrü təhlükəsizlik kəmərini boşaldıb. Bu isə Beynəlxalq Avtomobil Federasiyasının əsasnaməsinin pozulması anlamına gəldiyindən, ona 5 000 avro cərimə kəsilib. Mövsümün sonunadək qaydalara zidd yeni hərəkətlərə yol verəcəyi təqdirdə, 7 qat dünya çempionu daha 20 000 avro cərimələnəcək.

Beləliklə, San-Paulu Qran-prisindən sonra xallarını 318,5-ə çatdıran Hemilton lider Ferstappenlə fərqi 14 xala endirib. Bottas isə 203 xalla 3-cüdür.

Konstruktorlar Kubokunda isə 521,5 xala malik "Mercedes" 1-ci, 510,5 xalı olan "Red Bull" 2-ci, 287,5 xal yığan "Ferrari" 3-cüdür.

Növbəti Qran-pri 19 - 21 noyabrda Qətərdə keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru