DÇ-2022: İngiltərə millisinin oyunundan öncə stadionun işıqları sönüb

16-11-2021, 07:13           
DÇ-2022: İngiltərə millisinin oyunundan öncə stadionun işıqları sönüb
San Marino və İngiltərə yığmaları arasında keçiriləcək 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə xoşagəlməz hadisə baş verib.

"Report"un "Sky Sports"a istinadən məlumatına görə, start fitinə bir neçə saat qalmış matçın oynanılacağı "Olimpiko" stadionuna elektrik enerjisinin verilməsi ilə bağlı problem yaranıb.

Arenada olanlar güclü partlayış səsi səsi eşidiblər. Bundan sonra isə stadionun işıqları sönüb. Əvvəlcə qarşılaşmanın təxirə salınacağı gözlənilsə də, tezliklə elektrik enerjinin verilməsi bərpa olunub.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru