İngiltərə və İsveçrə DÇ-2022-də, İtaliya pley-offa qaldı

16-11-2021, 07:58           
İngiltərə və İsveçrə DÇ-2022-də, İtaliya pley-offa qaldı
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin daha üç qrupunda mübarizə yekunlaşıb.

Oxu.Az xəbər verir ki, F qrupunda hər şey formal xarakter daşıyıb. Belə ki, Danimarkanın mundialda, Şotlandiyanın isə dünya çempionatına çıxmaq üçün pley-offda iştirak edəcəyi daha öncədən müəyyənləşib. Buna baxmayaraq, komandalar arasındakı matçda ev sahibi şotlandlar üstün olmaqla seçmə mərhələdəki çıxışlarını qələbə ilə başa çatdırıblar – 2:0

İ qrupunda da İngiltərə San Marino üzərində asan qələbə əldə edərək dünya çempionatında iştirakını rəsmiləşdirib - 0:10. İkinci pillədə qərarlaşan Polşa isə doğma meydanda Macarıstana məğlub olsa da pley-offda mübarizəni davam etdirmək hüququ qazanıb – 1:2.

Gecənin əsas mübarizəsi C qrupunda yaşanıb. Şimali İrlandiya ilə qolsuz heç-heçə edən İtaliya son turda dünya çempionatına birbaşa çıxış imkanını əldən verib - 0:0. Mançininin yetirmələri turnirdə iştirak üçün pley-offda yarışacaq. Son Avropa çempionunun büdrməsindən istifadə edən İsveçrə isə Bolqarıstana dörd cavabsız qol vuraraq çempionatda iştirakını təmin edib - 4:0.

Qeyd edək ki, daha əvvəl Avropa zonasından Almaniya, Danimarka, Belçika, Fransa, Xorvatiya, Serbiya və İspaniya yığmaları DÇ-2022-yə vəsiqə qazanıb. Pley-off mərhələsində isə Portuqaliya, İsveç, Şotlandiya, Rusiya və Şimali Makedoniya millilərinin çıxış edəcəkləri dəqiqləşib.

DÇ-2022-nin seçmə mərhələsi

15 noyabr

C qrupu

Şimali İrlandiya – İtaliya 0:0

İsveçrə – Bolqarıstan 4:0


F qrupu

İsrail – Farer adaları 3:2


Şotlandiya – Danimarka 2:0


Avstriya – Moldova 4:1


I qrupu

San Marino – İngiltərə 0:10


Albaniya – Andorra 1:0


Polşa – Macarıstan 1:2












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru