Mahirin istirahəti başa çatdı

16-11-2021, 19:38           
Mahirin istirahəti başa çatdı
Azərbaycan millisinin "Legiya"da oynayan futbolçusu Mahir Emreli Varşava təmsilçisinin düşərgəsinə qoşulub.

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu bu gündən kollektivlə birlikdə məşqlərə qatılıb. Azərbaycan yığmasının heyətində Leksemburq (1:3) və Qətərlə (2:2) oyunlarda iştirak edən Emreli Polşaya qayıtdıqdan sonra məşqçilər korpusu tərəfindən ona bir günlük istirahət verilib. Artıq istirahətini başa vuran forvard bu gün Polşa Ekstraklasasının 15-ci turunda “Qornik”lə səfər görüşünün hazırlıqlarına qatılıb.

Qeyd edək ki, “Qornik” – “Legiya” oyunu noyabrın 21-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru