DÇ-2022: Pley-off mərhələsində səbətlərin tərkibi bəlli olub

17-11-2021, 08:00           
DÇ-2022: Pley-off mərhələsində səbətlərin tərkibi bəlli olub
2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkatmasının səbətləri müəyyənləşib.

"Report"un məlumatına görə, 10 qrup ikinciləri arasında ən yaxşı göstəriciyə malik 6 komanda səpələnmişlər səbətində yer alacaq. Bu kollektivlər pley-off matçlarına ev sahibliyi edəcəklər.

Digər 4 qrup ikincisi və Millətlər Liqasından gələn 2 yığma isə səpələnməmişlər sırasında olacaq. Yeri gəlmişkən, Türkiyə millisi səpələnmədiyindən matçlarını səfərdə keçirəcək.

Pley-off iştirakçısı olan 12 komanda üç "dördlük" təşkil edəcək. Yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq.

Qeyd edək ki, pley-off mərhələsinin püşkatması noyabrın 26-da, oyunları isə 2022-ci il 24-25 və 28-29 martda baş tutacaq.

Səpələnmişlər: Portuqaliya, Şotlandiya, İtaliya, Rusiya, İsveç, Uels

Səpələnməmişlər: Türkiyə, Polşa, Şimali Makedoniya, Finlandiya, Avstriya, Çexiya












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru