Futbolçudan gözlənilməz addım: Maaşının azaldılmasını istədi

19-11-2021, 08:44           
Futbolçudan gözlənilməz addım:
Rusiya millisinin yarımmüdafiəçisi Roman Zobnin Moskva “Spartak”ının rəhbərliyindən maaşının azaldılmasını istəyib.

Bu barədə Rusiyanın tanınmış idman jurnalisti İlya Kazakov öz "Telegram" kanalında məlumat yayıb.

“Gözlənilməz bir addımdır. Mənim üçün buna inanmaq çox çətindir. Zobnin “Spartak” rəhbərliyinə yaxınlaşaraq maaşının azaldılmasını istəyib. O, bunu haqq etdiyindən daha çox maaş alması ilə əlaqələndirib. Daha əvvəl isə mətbuatda Zobinin bir ələ 3-3,3 milyon avro maaş aldığı açıqlanırdı”, - deyə jurnalist vurğulayıb.

İndi isə futbolçu üç illik müqaviləyə əsasında ilinə iki milyon avro alacaq.

“Spartak” klubunun rəhbərliyi isə bu xəbəri şərh etməkdən imtina edib.

Mənbə: Rsport












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru