Gənc argentinalı futbolçu polis tərəfindən güllələndi - FOTO/VİDEO

20-11-2021, 08:07           
Gənc argentinalı futbolçu polis tərəfindən güllələndi - FOTO/VİDEO
Argentinada futbol ictimaiyyətində rezonans doğuran faciə baş verib. Belə ki, polis “Barracas Central” klubunun 17 yaşlı futbolçusu Lukas Qonzalesi güllələyib.

Faciə Barrakas rayonunda baş verib - bu, Buenos-Ayresin cənub-şərqindədir. Lukas Qonzales və dostları avtomobili idarə edərkən polis avtomobilə atəş açıb.

Hüquq-mühafizə orqanları öz hesabatlarında qeyd ediblər ki, gənclər yol ayrıclarından birində onları saxlamaq istəyən polis maşınını vurub.

“Barracas Central” futbol klubu istintaqın bu versiyasını dəstəkləmir və hadisənin ədalətli araşdırılmasını tələb edir.

Qeyd olunur ki, yaxın bir neçə gün üçün “Barracas Central” komandasında matəm elan edilib - matçlar və məşqlər ləğv edilib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru