“Counter-Strike” üzrə yeni çempionat keçiriləcək

20-11-2021, 10:16           
“Counter-Strike” üzrə yeni çempionat keçiriləcək
“Gaming League Azerbaijan” (GLA) kiberidman həvəskarları yeni yarışla sevindirəcək.

GLA “Lenovo” şirkətinin dəstəyi ilə “Counter-Strike-Global Offinsive” üzrə yeni çempionat keçirəcək.

Ölkənin bütün regionlarını əhatə edəcək yarışda ümumilikdə 20 komandanın iştirakı planlaşdırılır. Onlayn rejimdə təşkil ediləcək turnir dekabrın 1-də start götürəcək və 17 günü əhatə edəcək. Çempionatın final mərhələsi “Nizami E-Sports” Arenada baş tutacaq.

Qeyd edək ki, Azərbaycanda 2019-cu ildə yaranmış və kiberidman turnirləri həyata keçirən GLA bu günədək 40-dan çox kiberidman çempionatı təşkil edib. Kiberidman mədəniyyətini inkişaf etdirmək məqsədilə yaradılan bu liqanın prioritet məqsədləri Azərbaycanda beynəlxalq səviyyədə idman oyunlarının inkişaf etdirilməsi, həm yerli, həm də beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şəraitin yaradılmasıdır.
Mənbə: Cia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru