İbra dubl etdi, “Milan”ın “comeback”i alınmadı - VİDEO

21-11-2021, 08:58           
İbra dubl etdi, “Milan”ın “comeback”i alınmadı - VİDEO
İtaliya A Seriyasında turun maraqla gözlənilən qarşılaşmalarından birində “Fiorentina” turnir cədvəlinin ön sıralarında qərarlaşmış “Milan”ı qəbul edib.

Matçın 60-cı dəqiqəsinədək 3 top buraxan “rossonerilər” təslim olmayıblar.

Beş dəqiqə ərzində İbrahimoviçin vurduğu iki qol komandanı yenidən ümidləndirib.

Lakin ev sahibinin dördüncü qolu “Milan”ın “comeback” arzularını yarıda qoyub.

Oyunun 90+6-cı dəqiqəsində “Fiorentina” avtoqol nəticəsində qapısında top görsə də, qalibiyyəti əldən verməyib.

4-3 hesablı məğlubiyyətinə baxmayaraq, qonaqlar A Seriyasındakı ikinciliklərini qoruyub saxlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru