Kişi olduğu iddia edilən iranlı qapıçıya belə dəstək verildi - FOTOLAR

21-11-2021, 12:55           
Kişi olduğu iddia edilən iranlı qapıçıya belə dəstək verildi - FOTOLAR
Tehranda kişi olduğu iddia edilən futbol üzrə qadınlardan ibarət İran milli komandasının qapıçısı Zöhrə Xudaiyə dəstək verilib.

Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, gender müzakirələri ilə gündəmə gələn Z.Xudaiyə dəstək üçün paytaxt Tehrandakı meydanlara onun posterləri asılıb.

“Qəhrəman idmançımız” və “İranın qüruru” şüarları yazılmış posterlər Tehran əhalisi və sosial şəbəkə istifadəçiləri tərəfindən bəyənilib.

Xatırladaq ki, Z.Xudai qadın futbolçular arasında keçirilən Asiya Kubokunun İran – İordaniya görüşündə komandasına qələbə qazandırıb. Bundan sonra penaltilərdə rəqibinə uduzan iordaniyalılar İran yığmasının qapıçısının kişi olduğunu iddia ediblər.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru