Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb

24-11-2021, 10:13           
Yuventus” son 63 ildə ən ağır məğlubiyyətini alıb
İtaliyanın "Yuventus" klubu Çempionlar Liqasında son 63 ildə ən ağır məğlubiyyətini alıb.

Teref.Az APA-ya istinadən bildirir ki, Turin təmsilçisi qrup mərhələsinin V turunda "Çelsi"yə 0:4 hesabı ilə uduzub.

"Ağ-qaralar" qitənin ən nüfuzlu klub turnirində belə ağır məğlubiyyəti sonuncu dəfə 1958-ci ildə yaşayıb. Çempionlar kuboku adlanan yarışda Avstriya "Viner"i "Yuventus"u 7:0 hesabı ilə darmadağın edib.

Ümumilikdə isə turinlilər son 17 ildə ilk dəfə 4 top fərqi ilə məğlub olub. 2004-cü ilin fevralında "Roma" A seriyasının görüşündə 4:0 hesablı qələbə qazanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru