FİFA Rusiyadakı legionerlərə klublarla müqavilələri dayandırmağa icazə verib

8-03-2022, 09:59           
FİFA Rusiyadakı legionerlərə klublarla müqavilələri dayandırmağa icazə verib
Beynəlxalq Futbol Federasiyası (FİFA) Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Premyer Liqasında (RPL) çıxış edən əcnəbi futbolçulara müqavilələri birtərəfli qaydada pozmağa icazə vermək qərarına gəlib.

Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

Müqavilələrə xitam verildiyi təqdirdə futbolçular FİFA qaydalarına əsasən cəzalandırılmayacaqlar.

Futbolçular iyunun 30-dək klublarla əmək müqaviləsini dayandıra biləcəklər. Həmçinin, martın 10-na kimi klubla futbolçu öz aralarında bu məsələni həll etməsə, transfer pəncərəsi xaricində yeni kluba keçid aprelin 7-dən əvvəl baş tutmayacaq.

Qərar görə, Rusiya klubundan ikidən çox futbolçu eyni kluba keçə bilməz.

Qeyd edək ki, bu qərar dayandırılmış Ukrayna çempionatında çıxış edən əcnəbi futbolçulara da şamil edilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru