İngiltərə Premyer Liqası Rusiyadakı yayımçılarla müqaviləyə xitam verəcək

8-03-2022, 11:05           
İngiltərə Premyer Liqası Rusiyadakı yayımçılarla müqaviləyə xitam verəcək
İngiltərə Premyer Liqasının rəhbərliyi 24 saat ərzində Ukrayna ətrafında yaranmış vəziyyətə görə çempionat və İngiltərə Kubokunun nümayişi üçün Rusiya yayımçıları ilə imzalana müqaviləyə xitam verəcək.

Məlumata görə, Premyer Liqa rəhbərliyi vəkillərlə görüşdən sonra bu qərara gəlib. Rusiyada yayımlanan turnirlərin çərşənbə axşamı dayandırılacağı bildirilib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının Rusiyadakı rəsmi yayımçısı “Rambler Media”dır. Onun Premyer Liqa ilə 6 milyon funt-sterlinqlik müqaviləsi üç aydan sonra başa çatacaq. Hazırda Rusiyada turniri “Okko” servisi yayımlayır.

İngiltərə Kuboku isə ölkədə “Matç TV” tərəfindən yayımlanır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru