“Ruslar bu qərarı versə, 100 il geri düşəcəklər” - Çeferin

14-05-2022, 09:56           
“Ruslar bu qərarı versə, 100 il geri düşəcəklər” - Çeferin
UEFA prezidenti Aleksander Çeferin Rusiya Futbol İttifaqının Asiya Futbol Konfederasiyasına üzv olması ideyasına münasibət bildirib.

Qol.az COPE-yə istinadən xəbər verir ki, o deyib: “Bu fikri Rusiya Futbol İttifaqı deyil, hansısa siyasətçi irəli sürüb. Fikrimcə, bu ideya gerçəkləşsə, ruslar 100 il geri düşəcəklər”.

Xatırladaq ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə UEFA Rusiya millisi və klublarını 2022/23 mövsümündə öz bayrağı altında keçirilən bütün yarışlardan uzaqlaşdırıb. İttifaqın üzvlüyü isə saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru