Pikenin xəyanəti bu görüntü ilə üzə çıxıb - FOTO

22-06-2022, 09:28           
Pikenin xəyanəti bu görüntü ilə üzə çıxıb - FOTO
Bu yaxınlardan “Barselona”nın müdafiəçisi Jerar Pike ilə müğənni Şakiranın ayrılmasına səbəb sosial şəbəkədə yayılan bir foto olub.

Xarici mətbuatda yayılan xəbərlərə görə, futbolçu sarışın bir xanımla gizli görüşü zamanı restoranın qaranlıq bir küncündə oturub və tanınmamaq üçün başına köynəyinin kapüşonunu keçirib.


Lakin isveçli restoran sahibinin azyaşlı oğlu onu dərhal tanıyıb və ulduz futbolçu ilə salamlaşmaq, ondan avtoqraf almaq istəyib. Uşaq bunu anasına, qadın isə Pikeyə çatdırıb, lakin rədd cavabı alıb.

Katrin Zitomerska adlı restoran sahibi həm də tanınmış bloger olduğundan Pikenin gizli sevgilisilə birgə şəklini çəkərək paylaşıb və futbolçunu tənqid edib. O, öz paylaşımında Pikenin sosial şəbəkə səhifəsini də işarələyib. Beləcə, postu Şakira da görüb.

Deyilənlərə görə, cütlük arasındakı qalmaqal da məhz bundan sonra başlayıb.

Mənbə: hellas.postsen.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru