Paulo Koelyo Hemiltondan üzr istədi

29-06-2022, 09:24           
Paulo Koelyo Hemiltondan üzr istədi
Məşhur yazıçı Paulo Koelyo Nelson Pikenin sözlərinə görə bütün braziliyalılar adından Lüis Hemiltondan üzr istəyib.

Üçqat Formula 1 çempionu Pike 2021-ci il Britaniya Qran Prisində Hamiltonun “Red Bull” pilotu Maks Ferstappenlə toqquşmasını müzakirə edərkən “Mercedes” sürücüsünü “zənci” adlandırıb.

“Hörmətli Lüis Hemilton.

Pike hazırda tariximizin ən pis prezidentinin sürücüsüdür. Onun irqçi ifadəsi yenidən diqqət mərkəzində olmaq arzusunu göstərir.

Sizə hörmət edən və sevən Braziliya xalqı adından üzr istəyirəm”, – Koelyo “Twitter” hesabında yazıb.

Qeyd edək ki, Pike Braziliya prezidenti, sağçı mühafizəkar Jair Bolsonaronu “Rolls-Royce” avtomobilində gəzdirib. O, həm də Ferstappenin sevgilisinin atasıdır.

Hemilton isə yeddi qat Formula-1 çempionu olmaqla yanaşı, həm də Braziliyanın fəxri vətəndaşıdır.

Mənbə: sports.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.