FIFA VAR sisteminin tətbiqi üçün AFFA-ya ayırdığı vəsaiti açıqlayıb

6-08-2022, 00:06           
FIFA VAR sisteminin tətbiqi üçün AFFA-ya ayırdığı vəsaiti açıqlayıb
FIFA-nın futbol üzrə Azərbaycan Premyer Liqası və ölkə kubokunda VAR sisteminin tətbiqi üçün ayırdığı vəsaitin məbləği bəlli olub.

"Report" ali futbol qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu məqsədlə AFFA-ya FIFA Forward Layihəsindən ümumilikdə 497 173 ABŞ dolları ödəniş edilib.

Milli assosiasiyanın inzibati binasında üç VAR otağı və bir səyyar VAR mərkəzi fəaliyyət göstərəcək. Bu, videotəkrar sistemindən eyni vaxtda dörd matçda istifadə etməyə imkan verəcək.

Qeyd edək ki, Azərbaycan futbolunda VAR sistemi cari mövsümdən tətbiq olunmağa başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru