“Qalatasaray” azlıqda qalsa da qələbə qazandı - VİDEO

6-09-2022, 09:34           
“Qalatasaray” azlıqda qalsa da qələbə qazandı - VİDEO
Türkiyə Superliqasında 5-ci turun son oyunu baş tutub.

“Qalatasaray" öz meydanında “Qaziantep”i qəbul edib.

Görüşdə hesabı qonaqlar açsa da, İstanbul klubu tezliklə hesabı bərabərləşdirib.

Bardakçının 45-ci dəqiqədə ikinci sarı vərəqə ilə meydanı tərk etməsindən sonra “Cim-bom” matçın ikinci hissəsini azlıqda keçirib.

Buna baxmayaraq, “sarı-qırmızı”lar 90+1-ci dəqiqədə rəqibin avtoqolu sayəsində qələbə qazanmağa müvəffəq olublar - 2:1.

Bu nəticədən sonra “Qalatasaray” 10 xalla 7-ci, “Qaziantep” isə eyni xalla 5-ci pillədə qərarlaşıb. Çempionatın lideri isə 13 xala malik “Beşiktaş”dır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.