UEFA rəhbərindən DÇ 2030 açıqlaması

6-09-2022, 10:04           
UEFA rəhbərindən DÇ 2030 açıqlaması
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin 2030-cu ildə keçiriləcək dünya çempionatına İspaniya və Portuqaliyanın ev sahibliyi edəcəyinə əminliyini ifadə edib.

O, bəyan edib ki, hər iki ölkənin yaxşı infrastrukturu və futbol tarixi var.

“Əminəm ki, 2030-cu il dünya çempionatı İspaniya və Portuqaliyada keçiriləcək. Bu təklif potensial qalibdir. Biz futbolla yaşayan və nəfəs alan, yaxşı infrastruktura malik iki ölkəyə kömək etmək üçün əlimizdən gələni edəcəyik”, - Çeferin bildirib.

Qeyd edək ki, 2022-ci ilin iyununda İspaniya və Portuqaliya 2030-cu il dünya çempionatına ev sahibliyi etmək üçün rəsmən iddia qaldırıblar. Bundan əvvəl Argentina, Uruqvay, Paraqvay və Çili də turnirə birgə ev sahibliyi etməkdə maraqlı olduqları bildiriblər.

Xatırladaq ki, İspaniya artıq 1982-ci ildə dünya çempionatını keçirib. Portuqaliya isə 2004-cü ildə Avropa çempionatına ev sahibliyi edib. İspaniya və Portuqaliya hələ 2018-ci ildə sonda Rusiyada keçirilən dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə təqdim edib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru