“Barselona” oyunçularına ötən mövsümlə müqayisədə daha çox məvacib ödəyir - FOTO

7-09-2022, 09:13           
“Barselona” oyunçularına ötən mövsümlə müqayisədə daha çox məvacib ödəyir - FOTO
“Barselona”nın ciddi maliyyə problemləri yaşadığı heç kəs üçün sirr deyil.

Mediada tez-tez klubun futbolçularının məvaciblərini azaldması barədə xəbərlər peyda olur. Reallıqda isə katalonların oyunçulara ayırdığı vəsait azalmaq əvəzinə daha da artıb.

Bunu ötən və hazırki mövsüm üzrə “Barselona” furbolçularının məvacib cədvəlindən görmək mümkündür.

2021/22-ci illər mövsümü üzrə məvacib cədvəli:



2022/23-ci illər mövsümü üzrə məvacib cədvəli:



Yayılan rəqəmlərdən belə məlum olub ki, klub 2022/23-cü illər üçün oyunuçularına 65 milyon avro daha çox pul ödəyir.

Kautinyonun gedişi komandaya ildə 20 milyon avroya qənaət etməyə imkan versə də, Pike və Busketsin maaşları əməkhaqqı fondundakı artıma ciddi təsir edir.

Həmçinin, Umtiti “Leççe”yə icarəyə yollansa da, onun məvacibini hələ də katalon klubu ödəyir.

Mənbə: sports.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru