ÇL: “Şaxtyor”, “Real” və “Mançester Siti” səfərdə darmadağına, PSJ evdə qələbəyə sevindi – YENİLƏNİB + VİDEO

7-09-2022, 10:05           
ÇL: “Şaxtyor”, “Real” və “Mançester Siti” səfərdə darmadağına, PSJ evdə qələbəyə sevindi – YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasının qrup mərhələsində I turun daha 6 oyunu keçirilib.

Oxu.Az xəbər verir ki, baxımlı və bolqollu keçən bütün qarşılaşmalarda azarkeşlər ən az iki qola şahidlik ediblər.

Gecənin maraqla gözlənilən matçı Fransada PSJ və İtaliya “Yuventus”u arasında baş tutub. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Turun növbəti sensasiyası F qrupunda qeydə alınıb. “Leypziq” Almaniyada Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına 1:4 hesabı ilə uduzub.

F qrupunda mübarizə aparan turnirin son qalibi İspaniya “Real Madrid”i Şotlandiyada “Seltik”ə böyük hesabla qalib gəlib.

G qrupunda isə İngiltərənin “Mançester Siti” klubu İspaniyada “Sevilya”nı darmadağın edib.

Çempionlar Liqası
Qrup mərhələsi, I tur
6 sentyabr

E qrupu
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Çelsi” (İngiltərə) - 1:0
Qol: Mislav Orşiç, 13

“Zaltsburq” (Avstriya) – “Milan” (İtaliya) - 1:1
Qollar: Noa Okafor, 28 - Aleksis Salemakers, 40


F qrupu
“Leyptsiq” (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4
Qollar: Məhəmməd Simakan, 57 - Maryan Şved, 16; 58. Mixail Mudrik, 76. Lassina Traore, 85


“Seltik” (Şotlandiya) – “Real Madrid” (İspaniya) - 0:3
Qollar: Vinisius Junior, 56. Luka Modriç, 60. Eden Azar, 77


G qrupu
“Borussiya” (Dortmund, Almaniya) – “Kopenhagen” (Danimarka) - 3:0
Qollar: Marko Roys, 35. Rafael Gerreyro, 42. Cud Bellingem, 83

“Sevilya” (İspaniya) – “Mançester Siti” (İngiltərə) - 0:4
Qollar: Erlinq Holann, 20; 67. Fil Foden, 58. Ruben Diaş, 90+2


H qrupu
PSJ (Fransa) – “Yuventus” (İtaliya) - 2:1
Qollar: Kilian Mbappe, 6; 22 - Ueston Makkenni, 53


“Benfika” (Portuqaliya) – “Makkabi” (Hayfa, İsrail) - 2:0
Qollar: Rafa Silva, 50. Alexandro Qrimaldo, 54


22:55

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 görüş keçiriləcək.

E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su Xorvatiyada İngiltərə nəhəngi “Çelsi” ilə qarşılaşıb.

Qitənin ən nüfuzlu klub turnirində yeni mövsümün ilk qolunu da meydan sahibləri vurublar. Orsiç fərqlənib. “Çelsi”nin cəhdlərinə baxmayaraq sona qədər hesab dəyişməyib və Zaqrebdə günün ilk sürpriz nəticəsi qeydə alınıb – 1:0.

Mahir Emreli matçı ehtiyat oyunçular skamyasından izləyib.

G qrupunda isə Dortmund “Borussiya”sı Danimarka çempionu “Kopenhagen”i qəbul edib. Almanlar oyundan rahat qələbə ilə ayrılıblar – 3:0.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.