Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

7-09-2022, 11:56           
Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb
Polşa və Sloveniyada keçirilən kişi voleybolu üzrə dünya çempionatında Ukrayna millisi sensasiyaya imza atıb.

"Report" xəbər verir ki, 1/4 finala vəsiqəni İtaliya, Fransa, Sloveniya, Argentina, Braziliya, Polşa və ABŞ-la yanaşı, bu ölkənin komandası da əldə edib.

Ukrayna yığması tarixdə ilk dəfə belə bir hüquqa yiyələnib.

1/4 finalda qarşılaşacaqlar:

7 sentyabr

19:30. İtaliya – Fransa

23:00. Sloveniya – Ukrayna

8 sentyabr

19:30. Argentina – Braziliya

23:00. Polşa – ABŞ

Qeyd edək ki, bu yarış Rusiyada keçirilməli olsa da, siyasi vəziyyətlə əlaqədar Polşa və Sloveniyaya salınıb. Ukrayna isə yarışdan kənarlaşdırılan Rusiyanı reytinq siyahısında daha üst pillədə olduğu üçün əvəzləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru