“Qarabağ” “Frayburq”la oyundan öncə son məşqinə çıxıb

8-09-2022, 09:03           
“Qarabağ” “Frayburq”la oyundan öncə son məşqinə çıxıb
“Qarabağ” Almaniyada “Frayburq”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin ilk tur oyunu öncəsi son məşqinə çıxıb.

“Report”un məlumatına görə, “Europa-Park” stadionunda baş tutan hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, sentyabrın 8-i təşkil olunacaq “Frayburq” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.