"Uduzsam, bu, mənim son döyüşüm olmayacaq" - Zabit Səmədov

9-09-2022, 00:02           
"Uduzsam, bu, mənim son döyüşüm olmayacaq" -
"Ola bilsin ki, bu mənim sonuncu döyüşüm olmasın".

"Report"un məlumatına görə, bunu Bakıda vida döyüş gecəsi keçirəcək Azərbaycan kikboksçusu Zabit Səmədov deyib.

O bildirib ki, braziliyalı rəqibinə uduzsa, revanş döyüşü istəyəcək: "Əgər Antonio Silvaya uduzsam, mütləq revanş olacaq. Karyeramı qələbə ilə başa vurmaq istəyirəm".

O bildirib ki, kikboksçu Alim Nəbiyevi bu turnirə o dəvət edib: "Bildiyiniz kimi, mən Belarusda, o da Ukraynada yaşayıb. İstədim ki, doğma vətəndə – Azərbaycanda turnirdə çıxış etsin. Mənim sahib olduğum klubda məşq keçdi və dəvətimi yerə salmayıb turnirə qatılmağa razılıq verdi. Alim "Glory" turnirində çıxış edir. Kifayət qədər tanınmış idmançıdır. Belə bir idmançının burada çıxış etməsi də böyük üstünlükdür".

Qeyd edək ki, döyüş gecəsi sentyabrın 10-da Milli Gimnastika Arenasında keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru