Azərbaycanın veteran cüdoçularından şou: Dünya çempionatının ikinci günündə yeddi medal qazandılar - FOTO

10-09-2022, 09:08           
Azərbaycanın veteran cüdoçularından şou: Dünya çempionatının ikinci günündə yeddi medal qazandılar - FOTO
Polşanın Krakov şəhərində keçirilən usta cüdoçular arasında sentyabrın 9-da Dünya çempionatında M1 və M3 yaş kateqoriyaları üzrə qaliblər bəlli olub.

Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışın ikinci günündə M1 yaş kateqoriyası üzrə -73 kq. çəkidə Nadir Babayev gümüş medal, -90 kq. çəkidə Murad Rəcəbli gümüş medal, -100 kq. çəkidə Tural Səfquliyev qızıl medal, +100 kq. çəkidə isə Qurban Məmmədli gümüş medal qazanıb.

M3 yaş kateqoriyasında yarışan idmançılarımız -73 kq. çəkidə Rəşad Quliyev bürünc medal medal, -81 kq. çəkidə Azər Fətullayev qızıl medal və Zülfüqar Hüseynov gümüş medal əldə edib.

Usta cüdoçularımız dünən ümumilikdə 2 qızıl, 4 gümüş və 1 bürünc medala sahib olub.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru