Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib

10-09-2022, 09:24           
Dünya çempionatı: Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib
Sentyabrın 11-də Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatına start veriləcək.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yarışın keçiriləcəyi “Stark Arena”da yunan-Roma güləşi üzrə püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsi belədir:

55 kq
1/8 final
Eldəniz Əzizli – Covanni Freni (İtaliya)

60 kq
1/8 final
Murad Məmmədov – Viktor Petrik (Ukrayna) / Rabbi Kilandi (Konqo)

63 kq
1/8 final
Taleh Məmmədov – Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo)

67 kq
1/16 final
Həsrət Cəfərov – Dieqo Martines (Meksika)

72 kq
1/8 final
Ülvü Qənizadə - Taişi Hori (Yaponiya) / İbrahim Məhəmmədov (Qazaxıstan)

77 kq
1/16 final
Sənan Süleymanov – İdris İbayev (Almaniya)

82 kq
1/8 final
Rafiq Hüseynov – Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya)

97 kq
1/16 final
Arif Niftullayev – Daniel Qastl (Avstriya)

130 kq
1/16 final
Sabah Şəriəti – Satiş Satiş (Hindistan)

Xatırladaq ki, Eldəniz, Ülvü və Sənan, sentyabrın 11-də Taleh, Həsrət, Rafiq və Arif, ayın 12-də isə Muradla Sabah mübarizəyə start verəcək. Görüşlər hər gün Bakı vaxtı ilə 12:30-da başlayacaq.

Dünya çempionatının yarımfinal və medal qarşılaşmaları İTV-də canlı yayımlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru