Çempionlar Liqasında həftənin ən yaxşı qolu – VİDEO

16-09-2022, 08:24           
Çempionlar Liqasında həftənin ən yaxşı qolu – VİDEO
UEFA Çempionlar Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu açıqlanıb.

Avropa futbol qurumunun rəsmi saytı verir ki, bu ada İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Erlinq Holannın Almaniyanın “Borussiya” (Dortmund) komandası ilə matçdakı dəqiq zərbəsi layiq görülüb.

22 yaşlı forvard 2:1 hesabı ilə qalib gəldikləri görüşdə qələbə qolunun müəllifi olub.

Qeyd edək ki, “şəhərlilər”in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Holann məhz Dortmund təmsilçisindən alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru